Sahibkardan generala şikayət


Sahibkardan generala şikayət

Font ölçüsü

Gədəbəyin icra başçısı Ramiz Yediyarov tərəfindən obyektinin qapı-pəcərəsi daşla hördürülən sahibkar Fəxrəddin Bağırov Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edib. O, müraciətin bir surətini də İstiqlal.az-a göndərib. Fəxrəddin Bağırov yazır:

"Hörmətli cənab general,

Xahiş edirəm şikayətimi cənab Prezidentə və xanım birinci vitse-prezidentə çatdırasınız. Mən sahibkaram. Amma dövlətdən nə maliyyə yardımı istəmirəm, nə də başqa güzəşt olunmasını rica etmirəm. Mən dövlətdən  qapı istəyirəm, qapı. 1 ay bundan əvvələcən fəaliyyət göstərdiyim, çıxarışla mənə məxsus olan obyektimin icra başçısının qanunazidd göstərişi ilə hörülmüş qapısını istəyirəm. Qapının hörülməsi məni öz əmlakımdan təcrid edib.

Mən dövlətdən Konstitutsiya ilə müəyyən olunmuş, ancaq rayon rəhbərinin cinayətkar əməlləri nəticəsində pozulmuş əmlak və şəxsi toxunulmazlıq hüququmun bərpasını istəyirəm və bu hüququ pozanların cəzalandırılmasını istəyirəm. Bu məktubu sizə yazmağımın səbəbi isə ondadır ki, ötən 1 ay müddətində başıma gələnlərlə bağlı hansı dövlət qurumuna müracət göndərdimsə, bütün müraciətlərim Prezident  Admistrasiyasına yönləndirildi. Amma Adminstrasiyanın rayon icra başçısına havadarlıq edən əməkdaşları isə müraciəti obyektiv araşdırıb ölkə rəhbərliyinə məlumat vermək əvəzinə yenidən rayon rəhbərliyinə göndərdi. Rayon rəhbərliyinin öz törətdiyi əməli obyektiv araşdırması isə elementar məntiqə şığan bir iş deyil. Ona  görə də mən 1 aydır öz qanuni hüquqlarımın müdafiəsi ümidi ilə  Bakının soyuq, küləkli küçələrində qalmışam.  Sahibkarlıq fəaliyyəyim dayanıb, işçilərim pərən-pərən düşüb, icra başçısı Ramiz Yediyarov isə öz isti kabinetində oturub,  məni susdurmaq və qanunsuz hərəkətlərini ört-basdır etmək üçün min cür iftiralar hazırlamaqla məşğuldur.

Hörmətli general,

Eşitdiyim, bildiyim qədər siz obyektiv adamsınız və ölkə rəhbərliyinə əsl həqiqəti söyləyirsiniz. Onun üçün məhz sizə müraciət edirəm, xahiş edirəm mənə qarşı törədilmiş  cinayəti araşdırıb əsl həqiqəti ölkə rəhbərliyinə çatdırasınız. Törədilmiş misli görünməmiş özbaşınalığın aradan qaldırılmasına yardımçı olasınız”.

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.