“Ermənistan mətbuatı Azərbaycanın gücünü etiraf edir”


“Ermənistan mətbuatı Azərbaycanın gücünü etiraf edir”

Font ölçüsü

Elman Nəsirov: “Bu, prezident İlham Əliyevin çıxşına reaksiyalar fonunda da hiss olunur”

YAP qurultayında prezident İlham Əliyevin Dağlıq Qarabağla yanaşı, tarixi Azərbaycan torpaqları olan İrəvan, Zəngəzur, Göyçə və s. məsələləri qabartması ölkə siyasi gündəmində yeni hərəkətliliyə səbəb olub. Bəzi politoloqlar hesab edir ki, Azərbaycan İrəvan, Zəngəzur və s. kimi məsələləri qabartmaqla, Ermənistanı Qarabağ məsələsində daha böyük güzəştə getməyə vadar edə bilər.

Moderator.az-a açıqlama verən millət vəkili Elman Nəsirov ölkə başçısının son çıxışının bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

“Ölkə başçısı YAP-ın VI qurultayında bu məsələyə bir daha diqqət çəkdi. Bu gün Ermənistan mətbuatı prezident İlham Əliyevin bu məsələ ilə bağlı çıxışına reaksiya verərək qeyd edir ki, bu, ilk növbədə Azərbaycanın güclənməsinin göstəricisidir. Əgər Azərbaycan prezidenti Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonla yanaşı, İrəvanın, Zəngəzurun, Göyçənin geri qaytarılması məsələsini gündəmə gətirirsə, bu, Azərbaycanın son dərəcə güclənməsinin ifadəsidir. Zəif dövlət məsələni belə qoya bilməz. Bu, erməni mətbuatı tərəfindən həm də Ermənistan dövlətinin zəifliyi kimi qiymətləndirilir.

Bu gün bütün dünya ictimaiyyəti də bilməlidir ki, İrəvan da, Ermənistanın digər əraziləri də tarixi Azərbaycan torpaqlarıdır. Bunlar uzaq tarixdə baş verən hadisələr deyil. Ötən əsrin əvvəllərində olan olaylardır. Ölkə başçısının bu məsələni siyasi-strateji məsələ səviyyəsinə qaldırması mühüm addımdır və Azərbaycanın mövqeyini gücləndirir”.

Seymur Əliyev

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.