Cindən Rəqsanəyə ağır sözlər: “Gözümün qabağına sən gələndə qarnım ağrıyır…”


Cindən Rəqsanəyə ağır sözlər: “Gözümün qabağına sən gələndə qarnım ağrıyır…”

Font ölçüsü

“Cin” ləqəbi ilə tanınan reper Ceyhun Zeynalov və müğənni Rəqsanə arasında “Bivəfa” mahnısına görə yaranan qalmaqal səngimək bilmir.

Rəqsanənin “Cin “Bivəfa”nı elə oxuyub ki, elə bil qarnı ağrıyıb” sözlərinə reper sərt şəkildə cavab verib:

“2018-ci ilin yanvar ayının 1 də Yeni il karnavalında “Bivəfa” adlı mahnısını oxudum.

Bu bəstəni məndən öncə Rəqsanə xanım ifa edib. Mahnıya ikinci nəfəs verdim və çox sevildi. Bununla bağlı Rəqsanə xanıma 2 dəfə zəng elədim, telefona cavab vermədi. Hətta mesaj da yazdım ki, mən bu mahnını oxuyacağam.

Rəqsanə müsahibə zamanı deyib ki, Ceyhunu məhkəməyə verəcəyəm, mahnımı pis gündə oxuyub, özü də icazəsiz. Ümumiyyətlə, bu mahnı özbəklərin mahnısıdır. Rəqsanə xanım hansı hüquqlardan danışa bilər?

Mahnının bəstəkarı özbək Azolda Nur Sayıdivadır. Azərbaycan dilinə bu mahnının tərcümə edən isə dostum Altay Yaşardır. Yəni Azərbaycanda bu mahnı ilə bağlı müəllif hüququ olan insan yoxdur. Mən Azolda xanımla danışmışam və icazəsini də ondan almışam. Azolda özü heç Rəqsanəni ümumiyyətlə tanımır. Rəqsanə özü bu mahnının oğurlayıb. Hələ müəllif hüququndan danışır.

O ki qaldı mahnını oxumağa. Oxumuşam, əcəb etmişəm. Rəqsanə hər yerdə deyir ki, mahnımı elə oxuyub elə bir qarnı ağrıyır. Mən də burdan demək istəyirəm ki, Rəqsanə, sən özün bir güzgüyə bax, gör nə gündəsən, bəlkə sən özün-özünə güzgüdə baxanda qarnın ağrıyır. Mən bu mahnını oxuyanda sənin sifətini yadıma saldım, yəqin buna görə qarın ağrısı hissi keçirmiş ola bilərəm”.(Minval.İnfo)

Dosye.org

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.