Rəqsanə ögey oğlu ilə qızının videosunu paylaşdı - Səhv başa düşüldü


Rəqsanə ögey oğlu ilə qızının videosunu paylaşdı - Səhv başa düşüldü

Font ölçüsü


Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə qızı Aysunla ögey oğlu Elvinin videosunu paylaşıb.

Dosye.org  xəbər verir ki, video bacı-qardaş restoranların birində rəqs edərkən lentə alınıb. Rəqsanə görüntüyə “Toyunuzu görüm, inşallah” şərhini yazıb. Sosial şəbəkə istifadəçiləri isə bunu səhv başa düşərək Elvini Aysunun nişanlısı bilib müğənnini təbrik ediblər.

Qeyd edək ki, Elvin biznesmen Fazil Əmiraslanovun ilk evliliyindən olan oğludur. İş adamı ilə Rəqsanənin əkiz övladı var. F.Əmiraslanov müğənninin qızları Aysun və Yağmura da öz soyadını verib.

Dosye.org

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.