Ailəsi dağılan qadın:"Aysel telefonu qızımın əlindən aldı"


Ailəsi dağılan qadın:"Aysel telefonu qızımın əlindən aldı"

Font ölçüsü

"Mən şou əhli deyiləm. Qarşınızdakı uzun illərdir ciddi jurnalistika ilə məşğul olan Xoşqədəmdir. Əgər ana əxlaqlıdırsa, psixoloji durumunda heç bir problem yoxdursa, qız övladını ana böyütməlidir".

Teleqraf.com-ub məlumatına görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib. O, 13 illik ailəsini müğənni Aysel Əlizadənin dağıtdığını iddia edən Turanə Nəcəfovadan söz açıb. Aparıcı adı hallanan iş adamı Elçin Nəcəfova səslənib.

Proqrama gələn Turanə çox qorxduğunu, təhdid edildiyini söyləyib:

"Mən təhdid olunuram, məni evdən götürüb verilişə gətirməyənə qədər küçəyə tək çıxa bilmərəm. Qorxuram. Mənim keçmiş həyat yoldaşım öz qohumumdur. Məhkəmə qətnaməsində qeyd edilib ki, iki qız ana ilə qalsın. Ata qızlarımdan birini 2016-cı ilin dekabrında Gürcüstana aparıb. Qayıdan da soruşdum ki, qızım Zeynəb hanı? Qayıtdı ki, gəlməyəcək, səni istəmir. Dedim ki, necə övladım məni istəməyə bilər? Dedi ki, balaca qızın Mədinəni də götür evdən çıx, mənim sevdiyim qadın var, səni istəmirəm. Dedim övladımı gətir bura və siz çıxın başqa yerdə yaşayın. Məhkəmə haqlı qərar verdi ki, 2017-ci ilin noyabrında uşaqlar atadan alınıb, anaya verilsin.

Daha sonra məhkəmə qərar verdi ki, ev alınana qədər kirayədə qal. Mən də kirayədə yaşayıram. İndiyənə kimi utanırdım efirə çıxıb danışmağa.

Vəkil məni dilə tutdu, sülh sazişi imzalatdırdı, onun var-dövlətinə qoyulan həbsi götürtdü. Hakim dedi ki, onun əmlakının çoxu öz adına deyil, uduzacaqsan. Aysel Əlizadəni gətirdiyi ev də yoldaşımın adınadır.

2016-cı ildə Elçin məni evdən qovdu. Dedi ki, sən get, öz istədiyimi gətirim. Uşağımı apardı, sonra gətirmədi. Dedi ki, evdən çıx, sevdiyim var. Uşağımın yerini soruşanda dedi atamgildədir, amma atası da dedi ki, bilmirəm. Qızıma zəng vurdum açmadı. Sonra özü zəng etdi, ağladı və səs kəsildi. Telefonu Aysel əlindən aldı. Birlikdə getmişdilər. Bu söhbətlər evdə tez-tez gedirdi. Elçinə zənglər gəlirdi ki, uşaq ağlayır. Sonra digər otaqda telefonla danışdı və uşağı sakitləşdirdi".

Efirə Elçinin xalası qızı məktub göndərərək "Mən Rusiyada yaşayıram. Elçin Azərbaycanda pullu oğlanlardan biridir. Ayselə maşını o alıb, buna əminəm. Elçinin anası öləndə onu mənim anam saxladı. Yekəldi, iş adamı oldu, amma anamız rəhmətə gedəndə Elçin heç dəfnə gəlmədi" sözlərini qeyd edib.

Xoşqədəm bildirib ki, Turanə tanınmış ailənin qızıdır və nənəsi deputat olub. "Mənə sübut verilsə də, inanmaram ki, sənəti, azərbaycanlı qadının tərbiyə verdiyi 25 yaşlı qız atası yaşlı kişi ilə eşq yaşasın, gedib restoranlarda otursun" deyə aparıcı sözlərinə əlavə edib.

Qeyd edək ki, Turanə keçmiş həyat yoldaşı Elçinlə ailəsini Aysel Əlizadənin dağıtdığını iddia edib. O, Elçinin avtosalonu olduğunu və tikinti ilə məşğul olduğunu bildirib. Hətta qadın iş adamının müğənniyə "Porsche" aldığını iddia edib.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.