ƏƏSMM Cəlilabad şöbəsində şok qanunsuzluq – YENİ FAKTLAR

ƏƏSMM Cəlilabad şöbəsində şok qanunsuzluq – YENİ FAKTLAR

Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin Cəlilabad şöbəsində baş verən qanunsuzluqlar haqda yazmışdıq. Həmin yazıda göstərmişdik ki Səlim Müslümov nazir kreslosuna əyləşdikdən sonra ƏƏSMM- nin Cəlilabad şöbəsinə müdür təyin edilən Azər Mirzəxanlı özünün etibar etdiyi kadrları ətrafına toplayaraq dövlət büdcəsini talan edir. Konkret faktlarla təsdiq olunan bu qanunsuzluqlar rayonda geniş rezonans doğurmuş və redaksiyamıza yeni faktlar göndərilmişdir.

Bu dəfə bizə dosye.org-a yeni siyahı göndərilmişdir. Siyahını göndərən mənbə bildirir ki, adları aşağıda qeyd olunan vətəndaşlara  ƏƏSMM nin Cəlilabad rayon şöbəsinin müfəttişi Füzuli Cəfərov tərəfindən qeyri qanuni olaraq sosial yardım təyin edilmişdir.
1. Abasov İskəndər Əşrəf oğlu – Cəlilabad şəhəri, VAZ 2106 markalı avtomobili var.
2. Baxşıyev Azər Naib oğlu – ailə tərkibi barədə sənədləri düz deyil
3. Baxşıyev Vüqar Naib oğlu – ailə tərkibi barədə sənədlər düz deyil
4. Əkbərov Vilayət Nizami oğlu – avtomobili var, sənədləri düz deyil
5. Əmişov Natiq Dilməmməd oğlu – Qazel markalı avtomobili var.
6. Qiyasov rövşən Nəriman oğlu – Hamarqışlaq kəndi , traktoru var
7. Qürbətova Vüsalə Yasər qızı – ailə tərkibi düz deyil
8. Yusubov Bəxtiyar Balazahir oğlu – Bakı şəhərində yaşayır , avtomobili var
Mənbə dosye.org-a onu da bildirir ki, qeyri-qanuni yolla  sosial yardım alan daha 7 nəfərin ödənişi dayandırıldığı üçün onlar əvvəlcədən verdikləri pullarını geri tələb edirlər- bu barədə əsaslı dəlillər əldə edildikdən sonra məlumatı dərc edəcəyik.

Xatırladaq ki, buna qədər də ƏƏSMM Cəlilabad şöbəsində qeyri qanuni sosial yardımlar verilməsi haqda yazmışdıq. Həmin Yazımızda göstərmişdik ki, Bakı şəhərində yaşayanlara, imkanlı olanlara bir il müddətinə sosial yardım təşkil etməklə sənədləri saxtalaşdırmaqla ailə tərkibini gizlətməklə, Rusiyada yaşayanlara və onların ailə üzvlərinə, əkin sahəsindən hər il küllü miqdarda qazanc əldə edənlərə, sayı – hesabı bilinməyən mal – qarası olanlara sosial yardım üçün saxta sənədlər tərtib edilib.  Araşdırma zamanı məlum olmuşdur ki, adları aşağıda qeyd olunan vətəndaşlara sosial yardım verilməsi zamanı qəbul edilmiş qərar tamailə yanlışdır və bu şəxslərə sosial yardım verilməsi cinayət tərkibi olan bir işdir və araşdırılma zamanı məlum olacaq ki, bu şəxslərə sosial yardım ona görə düşmür ki, onların avtomobili eyni zamanda Rusiyada və yaxud Bakı şəhərində işləməklə yaşayırlar.

1. Qurbanova Əntiqə – Hərbi hissədə işləyir , əmək haqqı kifayət edir, eyni zamanda GöytəpəKomunal müəssisəsində işləyir. oğlu isə Bakı şəhərində işləyir. yüksk sosial yardım təyin edilmişdir.

2. Səyadov Rasim – Vaz 2106 markalı avtomobili var özü bazarda işləyir eyni zamanda çiyələk sahəsi vardır.

3. Ağayev Əhəd Göytəpə şəhəri Həsənabad küçəsində yaşayır, 2 traktoru, fərdi sahibkarlıq fəaliyyəti var, ailə üzvləri Bakıda və Rusiyada işləyirlər.

4. Mehtiyeva Təranə – həyat yodaşı Rusiya vətəndaşıdır, hər ay kifayət qədər pul göndərir. ailə taərkibində gizlətmələr var.

5. Hüseynov Bəxtiyar – 60 baş qoyun – quzusu 4 baş iri buynizlu mal – qarası olduğu halda dövlət vəsaiti ona peşkəş edilir. eyni zamanda fərdi əməm fəaliyyəti olaraq xarrat ustasıdır.

6. Qədirov Zahid – Bazarda alver edir, gəlirin gizlədərək ona sosial yardım verilir.

7. Rufullayev Raqif – ev sənədlərini düzgün təqdim etməmiş, öz Rusiyada ustalıq edir, gəliri kifayət qədərdir.

8. Hüseynova Şəfəq – Bakı şəhərində yaşayır , ailə tərkibi düzgün təqdim edilməmiŞ anasının evinə dair sənədləşmə aparılmışdır.

9. Məhərrəmov Şahkərəm – ailə üzvüləri ilə birlikdə Bakı şəhərində yaşayırlar, ər və arvad pensiya almasına baxmayaraq sosial yardım verilir.

10. Dadaşova İradə – başqa rayonda qeydiyyatda olmasına baxmayaraq , ev sənədləri yoxdur.

11. Cəfərov Akif – Təkərli traktoru ,kifayət edəcək gəliri olsa da , Bakı şəhərində Yüksək tonajlə Kran işlədir hər aya yüksək gəlir əldəetməsinə baxmayaraq ,ailə üzvləri Bakı şəhərində yaşayır , oğlu isə özlərinə məxsus mağazanı işlədir. Digər oğlu isə Fövqaladə Hallar Nazirliyində işləsə də işsiz kimi qeyd edilmişdir.

12. Qarayev Rasim – özü və arvadı işləsə də işləməyən kimi qeyd edilmiŞ övladları isə pensiya alırlar.

13. Ağayeva Sənubər Hüseynağa qızı – atasına məxsus evdə yaşayır, 170, 0 manat sosial yadım təyin edilmişdir.

14. Ağayev Mehdi – Masallı bazarında mağazası var, fəaliyyət göstərir, pensiya alır , onun həyətyanı sahəsi və hasarının qiyməti təyin edilə bilməz dərəcədə olduğu halda ona sosial yardım təyin edilmişdir.

15. Orucov Rövşən Tarverdi oğlu, VAZ 2106 markalı avtomobili, kartov sahəsindən kifayət qədər gəliri olduğu halda ona sosial yardım təyin edilmişdir.

16. İbrahimov Əlizamin VAZ 21011 markalı avtomobili, əmək fəliyyəti olduğu hald fəaliyyətini gizlədərək soial yardım təyin edilmişdir.

17. Cavadova Səbinə Ağahüseyin qızı Göytəpə şəhər 1 saylı tam orta məktəbdə işləyir, əmək haqqı alır, özü və övladı pensiya alır. eyni zamanda aliment alır. bütün bu gəlirlərini gizlətmiş həm də bankdan kredit alması barədə məlumatı gizlətməklə sosial yardım alır və başqalarına da sosial yardım düzəltməkdə fəaliyyət göstərir.

COMMENTS