Ədliyyə Nazirliyi tərəfində normativ hüquqi aktların layihələrinin hazırlanması və onların ekspertizası üzrə irihəcmli işlər görülüb.
DOSYE.ORG-un məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Konstitusiya və Suverenlik İlində müdia gündəmi” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Nazirlik tərəfindən hüquq sisteminin inkişafına töhfə verəcək fundamental qanun layihələri hazırlanıb:
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” və “Maraqlar toqquşması haqqında” qanun layihələri bu baxımdan xüsusi qeyd edilə bilər”.
COMMENTS