Əfqanıstan hərbçiləri Tacikistanla sərhəddə 120 silahlını məhv ediblər

Əfqanıstan hərbçiləri Tacikistanla sərhəddə yerləşən Badaşxan əyalətində 120 silahlı mənv edib.

APA-nın Khaama Press agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, silahlılar xüsusi əməliyyat nəticəsində məhv edilib. Öldürülənlər arasında altı səhra komandiri də var.

Qeyd edək ki, adıçakilən rayon iki həftə ərzində “Taliban” qruplaşması tərəfindən zəbt olunub.

COMMENTS