Əfqanıstanda 86 taliban üzvü öldürüldü

Əfqanıstanda Talibana qarşı aparılan əməliyyat nəticəsində 86 Taliban terrorçusu öldürüldü

 

Əfqanıstanın Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, son 24 saatda ölkənin Bəlx, Qəndahar, Zabil,Herat və digər əyalətlərində Talibana qarşı başladılarn əməliyyatlarda 86-ı terrorçu öldürülüb,62-si isə yaralanıb.

Açıqlamada həmçinin çox sayda silah və partlayıcı maadələrin ələ keçirildiyi,6 terrorçunun tutulduğu və Taliban tərəfindən Herat,Cevizcan və Qəndaharda yerləşdirilmiş 6 bombanın da zərərsizləşdirlirdiyi də qeyd olunur.

Son günlər Talibanın hücumlarının artması ilə bağlı Əfqan ordusu terrorçulara qarşı əməliyyatları artırıb.

Taliban tərəfindən verilən açıqlamada isə 2 Əfqan polisinin öldürüldüyü, eyni zamanda müxtəlif bölgələrdə Taliban tərəfindən təşkil edilmiş hücumlarda xeyli sayda Əfqan və xarici əsgərlərin öldürüldüyü xəbəri verilməkdədi.

COMMENTS