Əfqanıstanda “Taliban” silahlılarının olduğu avtomobil partlayıb

Əfqanıstanın cənubunda “Taliban” silahlılarının olduğu avtomobil partlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Şənbə günü “Taliban” silahlılarının avtomobili Qəndəhar vilayətində əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayıb. Nəticədə 10 silahlı ölüb, 7 silahlı isə yaralanıb.

Qeyd edək ki, “Taliban” tez-tez belə qurğulardan hökumət qüvvələrinin əleyhinə silah kimi istifadə edir.

Dosye.az

COMMENTS