Əfsanəvi Ukrayna pilotu bu dəfə “Kalibr” raketini vurdu

Əfsanəvi Ukrayna pilotu bu dəfə “Kalibr” raketini vurdu

Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko bildirib ki, virtuoz pilot “Kalibr” qanadlı raketini “hava-hava” tipli raketlə məhv etməyi bacarıb.

“Bu, əsl ustalıqdır! Qəhrəman pilotumuz indi onlarla, bəlkə də yüzlərlə ukraynalının həyatını xilas edib. Raket şəhərdə partlasaydı, nə olardı?!” – Geraşenko yazıb.

Bu arada Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti bəyan edib ki, kiyevlilərin həyatını xilas edən qəhrəman əfsanəvi “Kiyev xəyaləti”dir.

Xatırladaq ki, “Kiyev xəyaləti” Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin ilk günündən əfsanəyə çevrilməyi bacarmışdı. İlk gündə o, işğalçıların altı təyyarəsini məhv etməyi bacarıb.

DOSYE.ORG

COMMENTS