Top.Mail.Ru

Əfv Komissiyası yeni siyahı hazırlayacaq: “İlk iclas…” – AÇIQLAMA

Əfv Komissiyası yeni siyahı hazırlayacaq: “İlk iclas…” – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Yeni tərkibdə kifayət qədər dəyişikliklər var.

Komissiyanın üzvü Zahid Oruc bir neçə gün əvvəl yeni əfv siyahısının da hazırlanacağının da anonsunu etmişdi.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan deputat, Əfv Məsələləri Komissiyasının üzvü Fazil Mustafa bildirib ki, hələlik ilk görüşün nə zaman olacağı ilə bağlı heç bir məlumat yoxdur:

“Amma yəqin ki, komissiya yeni tərkibdə ilk iclasını yaxın günlərdə keçirəcək. Hələlik heç bir yenilik yoxdur”.

DOSYE.ORG

COMMENTS