Əhalinin DİQQƏTİNƏ! Problemli kreditlərdə artım – SƏBƏBLƏR

Əhalinin DİQQƏTİNƏ! Problemli kreditlərdə artım – SƏBƏBLƏR

Azərbaycanda problemli kreditlərin həcmi artmaqda davam edir. Belə ki, 1 mart 2025-ci il tarixinə olan məlumata əsasən, ölkədə gecikmiş kreditlərin ümumi məbləği 480,1 milyon manata çatıb. Bu göstərici ilin əvvəlindən bəri 6,9 %, son bir il ərzində isə 2,3 % artım deməkdir.

Gecikmiş kreditlərin artmasının səbəbləri nələrdir? Bu artımın vətəndaşlar və ölkə iqtisadiyyatı üçün mümkün nəticələri nə ola bilər?

Əhalinin DİQQƏTİNƏ! Problemli kreditlərdə artım – <span style=color:red>SƏBƏBLƏR

Mövzu ilə bağlı Medianews.az-a açıqlama verən İqtisadi Təhlil İnstitutunun rəhbəri, iqtisadçı ekspert Məmməd Talıblı qeyd edib ki, bankların kifayət qədər maliyyə resursları mövcud olsa da, kredit faizlərinin yüksəkliyi vətəndaşların kredit götürməyə marağını azaldır:

“Resurs bahalıdır və rentabellik normasından bəzən yüksək olur. Buna görə kredit tələbi yüksək deyil. Son aylarda bunu banklarda aydın formada görmək olur. Məsələn, bu ilin fevral ayında bankların cəlb etdiyi əmanətlərin həcmi ilə verilən kreditlər arasında az qala 2 dəfəyədək fərq var. Əgər 2025-ci ilin fevral ayında cəlb edilən əmanətlərin həcmi 137 milyon manat təşkil etmişdisə, kreditlərin həcmi 78 milyon olmuşdur. Müştərilər bahalı kredit götürməyə maraq göstərmirlər. Lakin zəruri istehlak tələbi olan zaman müştərilər başqa alternativ yanımadığı halda məcburiyyət qarşısında bahalı kredit götürməyə məcbur qalır”.

 

Ekspert qeyd etdi ki, bu zaman isə onun qaytarılması çətinlik yaradır və nəticədə toksit kreditlərin həcmi artır:

“Digər tərəfdən kredit resurslarının bahalaşması səbəblərindən biri də kommersiya banklarının məcburi ehtiyat normalarının yüksək olmasıdır. Belə ki, hər 100 manatın təxminən 25 manatı Mərkəzi Bankda məcburi ehtiyat formasında saxlanılan zaman bankların likvidliyi çətinləşir. O zaman bahalı əmanətin cəlbi qaçılmaz olur. Bu isə həm də bahalı kredit deməkdir. Bahalı kredit isə həm də çətinliklə resursun gedidönüşü deməkdir. Bu zaman problemli kreditlərin artmasına bu proses təkan vermiş olur”.

Oğuz Ayvaz

Əhalinin DİQQƏTİNƏ! Problemli kreditlərdə artım – <span style=color:red>SƏBƏBLƏR

COMMENTS