Əhməd Davudoğlu Nazirlər Kabinetinin yeni tərkibini ölkə prezidentinə təqdim edib

Türkiyədə baş nazir səlahiyyətlərini icra edən Əhməd Davudoğlu yeni Nazirlər Kabinetinin tərkibini ölkənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etmək üçün Çankaya Köşkünə gedib.

 

SalamNews-un TRT-yə istinadla verdiyi xəbərə görə, Ə.Davudoğlu ölkə başçısı ilə keçirəcəyi görüşdən sonra Baş nazirlik binasında mətbuat konfransı təşkil edərək yeni kabinetin tərkibini açıqlayacaq.

COMMENTS