Əhməd qətli kimlə törədib? – Şok versiya yenidən gündəmdə

Əhməd qətli kimlə törədib? – Şok versiya yenidən gündəmdə

Ailə üzvlərini qətlə yetirən 25 yaşlı Əhməd Əhmədovun həmin cinayəti tək törətmədiyinə dair iddialar səsləndirilir. Ona bu dəhşətli hadisəni törətməkdə kimlərinsə dəstək olduğu deyilir.

Doğrudanmı qətlin arxasında kimlərsə var?

Mövzunu Globalinfo.az-a şərh edən kriminalist Ceyhun Həmidov bunların, sadəcə, versiya olduğunu bildirib.

Onun sözlərinə görə, Əhmədin ailəsini təkbaşına öldürməsi mümkündür:

“Buna bənzər hadisələr dəfələrlə baş verib. Düzdür, ola bilər ki, yaxın illər ərzində olmayıb, amma 90-cı illərin sonunda, 2000-ci illərin əvvəlində belə cinayətlər baş verirdi. Hətta bəzən bir nəfər 7 ailə üzvünü amansızlıqla qətlə yetirib. Əhmədin guya cinayəti kiminləsə törətməsi fərziyyələrdir. Kimlərsə sanki öz ehtimalını insanların beyninə yeritmək istəyirlər. Hər şey istintaq yekunlaşdıqda üzə çıxacaq”.

Kriminalist deyib ki, sosial şəbəkələrdə bu barədə yazılanlar şayiədir:

“Ümumiyyətlə, bəziləri ajiotajlı qətl baş verən zaman gündəmdə qalmaq üçün onun ətrafında həqiqəti əks etdirməyən fikir yürütməyi sevirlər. Lakin fikrimcə, qətli Əhməd törədib”.

Zaira Akifqızı

COMMENTS