Əhmədliyə enerji bir neçə saata veriləcək

Bakı və bəzi ətraf kəndlərdə isə “işıq” artıq yanır

Bakinın əksər ərazilərinə elektrik enerjisinin verilməsi bərpa edillib. Bu haqda “Yeni Müsavat”a “Azərenerji”nin İctimaiyyələ əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev açıqlama verib.
“Azərenerji” rəsmisinin sözlərinə görə, fevralın 21-də güclü külək Bakı və ətraf qəsəbələri enerji ilə təmin edən iki yarımstansiyanı sıradan çıxarıb:“Gecədən başlayan küləyin sürəti səhər saatlarında saniyədə 38 metrə çatdı. Bəzi ərazilərdə isə külək daha güclü oldu. Nəticədə Zığ və Əhmədlidə iki yarımstansiyanın işində çox ciddi problemlər əmələ gəldi. Güclü küləkdə sıradan çıxan sistemi qısa zamanda bərpa etmək mümkün olmur. Bunun üçün bəlli bir zaman lazımdır. Gecə işıqsız qalan bir sıra ərazilərə elektrikin verikməsi bərpa edilib. O sıradan Maştağa, Bilgəh, Balaxanı, Sabunçu rayonlarında abunəçilər elektirik alır”.
T.Mustafayev deyir ki, yaxın saatlarda Əhmədliyə enerji verilişinin bərpası üçün gərgin iş gedir. Onun sözlərinə görə, Bakının mərkəzi hissələrində isə güclü küləyə baxmayaraq ciddi problemlər yaranmayıb:“Bir neçə il öncə şəhərin enerji infrastrukturu yenilənərkən ana xətlər yeraltına keçirilib. Bu havanın enerji verilişinə təsirini xeyli azaldır. Ona görə də Bakının mərkəzində işıq problemi yoxdur”.
Tanrıverdi Mustagayev abunəçiləri bir qədər səbrli olmağa dəvət edib:“Havanın kəskin pisləşməsi ilə bağlı enerji verilişində problemlər dünyanın ən inkişaf etmiş ölkələrində də yaranır. Abunəçilər düşünməsin ki, “Azərenerji” yaranan problemlərin həllini bilərəkdən yubadır. Enerji verilişi dayanan andan onun bərpası üçün ciddi işlər görülür. Yaxın saatlarda Bakı və ətraf qəsəbələrdə enerji problemi aradan qalxacaq”.

Bakıda elektrik enerjisinin verilməsində problemlər fevralın 21-i gündüz saatlarından başlayıb. Maştağa, Bilgəh, Zuğulba, Buzovna, Binə, Zirə, Zığ, Balaxanı, Mehdiabad, Biləcəri, Binqədi, Bibiheybət qəsəbələrinin bir hissəsi təxminən 20 saat işıqsız qalıb. Bakının əsas magistrallarından olan hava limanına aparan yolda da ötən gecə işıq olmayıb. Bu da yol hərəkətinin çətinləşməsinə səbəbə olub. Elektrik enerjisinin olmaması şəhərin su təminatında da problemlər yaradıb. Fevralın 22-də günorta saatlarından enerjinin verilməsi qismən bərpa edilib.

COMMENTS