Ələt-Astara yolunda ağır qəza: ölən var

Ələt-Astara magistral yolunda sərnişinin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə Salyan rayonu ərazisində, Ələt-Astara avtomobil yolunun 38-ci kilometrliyində qeydə alınıb. Qəza zamanı həmin ərazidə “Mercedes” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilərin birinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 01:19-da başa çatıb.

COMMENTS