Top.Mail.Ru

“Əli Əhmədovun evlərini, sürdüyü maşınları, obyektlərini heç kim görmür, bilmir?”

“Əli Əhmədovun evlərini, sürdüyü maşınları, obyektlərini heç kim görmür, bilmir?”

“Bəyəm, nazirlərin villalarını, maşınlarını, obyektlərini görən yoxdur?!”

“Əli Əhmədov Baş Nazirin müavinidir, YAP-çı korrupsionerlər üçün, güya, utanır, təəssüf edir. Əli müəllimin rəsmi maaşı 2160 manatdır, vergiləri çıxsan, ayda təqribən 1800 manat pul almalıdır. Əli müəllimin evlərini, sürdüyü maşınları, obyektlərini heç kim görmür, bilmir, eşitməyib?! Bəlkə öz yerinə də utanır, bəlkə özünə görə də təəssüf hissi keçirir – bilən var bunu?!”

Bu sualları REAL Partiyasının ictimai katibi, iqtisadçı Natiq Cəfərli qeyd edib.

“Ölkədə ən şəffaf sahə korrupsiyadır”

Cəfərli bildirib ki, ölkədə nazirlərin maaşı 1925 manatdır, vergiləri çıxsan 1650 manat civarında pul almalıdırlar: “Bəyəm, onların villalarını, maşınlarını, obyektlərini görən yoxdur?! Ölkədə ən şəffaf sahə korrupsiyadır. Hamı hər şeyi çox gözəl bilir. İstənilən taksiyə oturursan, məsələn, deyirsən ki, sür flan restorana (adını deyirsən), həmən soruşur ki, flankəsin restoranını deyirsən?! Yəni 3 taksi sürücüsünün məlumatı əsasında, 3 müstəntiq, 3 hakim ölkədə 3 günə bütün korrupsionerləri həbs edə bilər. Hə də, bir şərtlə ki, siyasi iradə olsun, o da təməldən olmayıb..”.(Hurriyyet.org )

DOSYE.ORG

COMMENTS