Əli Abbasov işdən çıxarıldı? – Nazirlikdən AÇIQLAMA

Mətbuat bir qədər öncə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarıldığı barədə məlumat yayıb.

İstiqlal.az-ın məlumatında iddia olunur ki, bununla bağlı rəsmi sərəncam yaxın saatlarda elan ediləcək. Qeyd olunur ki, nazir “MTN işi” ilə bağlı işdən çıxarılıb.

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün nazirliklə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, nazir Əli Abbasov hazırda otağında, iş başındadır. Onlar informasiyanın yalan olduğunu bildiriblər.

COMMENTS