“Əli Kərimli bütün fəaliyyətini ona yönəldib ki,1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin qarşısı alınsın. Bu iddia ilə bəzi beynəlxalq təşkilatlar da çıxış edir. Bu təşkilatların birbaşa erməni lobbiçilərinə yaxın olması şübhə doğurmur”
PİA.AZ xəbər verir ki, bu barədə Publika.az-a Milli Şuranın 15 mart mitinqini şərh edən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
Niyaməddin Orduxanlı hesab edir ki, Əli Kərimli manatın ucuzlaşmasından sadəcə özü çırkin məqsədləri üçün istifadə etmək istəyir: “Azərbaycan xalqı yaxşı bilir ki, Əli Kərimlinin əsl niyyəti başqadır. Bu adam bu mitinqi ona görə keçirdir ki, görsün xalqı indiki vəziyyətdə ona dəstək verəcək , ya yox. Birmənalı şəkildə deyirəm ki, Azərbaycan xalqının böyük əksəriyyəti Əli Kərimlinin xəyanətgar oldugunu çox yaxşı bilir. Və bu mitinqdə də çox azsayda insan içtirak edəcək. İştirak edənlərdə Əli Kərimlinin dəstəsinin üzvüləri və onların ailə üzvüləri olacaq. Yəni kütləvi şəkildə bu mtinqdə iştirak gözlənilmir. Bir neçə gün bundan qabaq Əli Kərimli Facebook sosial şəbəkəsində mitinqə çağrış eventi yaradıb. Həmin eventdə 1400 nəfər şəxs mitinqdə iştirak edəcəyini təsdiq edib. Kiçik bir araşdırma apardım. Elə həmin eventdə istirakını təsdiq edən şəxslərləin facebook səhifələri ilə tanış oldum. Təsəvvür edirisniz, Albert Eynşteyn, Too Luk Skyward, Çeçenka Balamın Çolkalı Balası, Moroglu Pirok, Henry Ford, Roland Aybach, Jordan İbe, Portret Sifarişi, Sad Bin Abu Vaqqas, Love Rab, Arbiter Eleqantiae, Masal Hayat, Ero-Off, Ayka-off, və Sabişka adlı xeyli saxta profillərdir. Bu profillərin hər birinin yaradıcısı Əli Kərimli və onun məlum dəstəsidir. Bu adamlar bu cür saxtagarlıqla təbliğat aparırlar. Kimin buna şübhəsi varsa, həmin eventə daxil olub bütün bunların canlı şahidi ola bilərlər”.
Niyaməddin Orduxanlı həmçinin bildirib ki, Milli Şuranın özü mitinq günü təxribat törədə bilər: ” Milli Şura mitinqdə baş verəcək biabırçılıqlarını ört-basdır etmək üçün Əli Kərimli istınlən varianta əl ata bilər. Bir neçə gündür ki, hay-küyü qoparır. Guya Cəmil Həsənlinin səhifəsini ələ keçirdiblər və təxribata əl atıblar. Bunu qəsdən yayır. Kimə lazımdır Cəmil Həsənlinin səhifəsi? Neçə olur ki, Cəmil Həsənlinin səhifəsini ələ keçirdirlər, sənin səhifəni yox? Bunu etmək lazımıdırsa, elə Əli Kərimlinin səhifəsini ələ keçirdərdilər. Göründüyü kimi, bu adam bütün diqqəti özünə cəlb etmək istəyir. Əsas məqsədi cəmiyyəti özünə qarşı cəlb etməkdir. Bu onun köhnə peşəsidir. Stəkanda firtına görüntüsünü yaratmağa cəhd edir. Bilərəkdən Əli Kərimli Cəmil Həsənliyə tapşırıb ki, bu cür xəbər yay və sonra da təkzib verək ki, bu təxribatdır. Bu vasitə ilə mitinqə gələnlərin sayını artıracağını güman edir”.
COMMENTS