Bu gün 20 Yanvar qırğınının 26-cı ildönümüdür.
Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edirlər.
Şəhidlər Xiyabanını ziyarət edənlər arasında siyasi partiyaların sədrləri də olub. Onların hər biri ayrı-ayrılıqda şəhidləri ziyarət ediblər. Bu ziyarətdən sonra isə partiyalar arasında hər il olduğu kimi, “Adam sayı davası” başlayıb.
Partiyalar sosial şəbəkələrdə fotolar paylaşaraq, digər partiyaların Şəhidlər Xiyabanına daha az adamla qatılmasını zəiflik kimi qiymətləndiriblər. Bir-birilərini məsxərəyə qoyublar.
Bunlar arasında fəallığa ilə diqqət çəkən AXCP üzvləri, aşağıda təqdim etdiyimiz fotoya bənzər şəkilləri paylaşaraq, “Hər şey göz qabağındadır. Şəhidlər Xiyabanına Milli Şura böyük kütlə ilə qatıldı” yazıblar.
Lakin musavat.com bəzi maraqlı faktlar əldə edib. Belə ki, paylaşılan fotoların arxa hissəsində photoshop proqramı ilə düzəlişlər edilib. Biz sizə fotonun əslini təqdim edəcəyik.
Bundan əlavə, AXCP üzvləri arxada dayananlara deyəsən diqqətlə baxmayıblar. Orada dayananlar hərbi formada olan şəxslərdir. Əgər onlar AXCP-yə və ya Milli Şuraya üzv olmayıblarsa, deməli ortada şişirmə məlumat və yalan var.
Siyasi partiya üzvləri belə bir gündə belə tədbirə qatılım sayını müzakirə edirlər. Bu mənzərə kənardan heç də yaxşı görünmür.
COMMENTS