Əli Kərimli qalib gələn idmançılarımızı təbrik etdi

Əli Kərimli qalib gələn idmançılarımızı təbrik etdi

AXCP sədri Əli Kərimli Facebook səhifəsində Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarını təbrik edib:

Yarışlarda qalib gələn idmançılarımızı ürəkdən təbrik edirəm. Azərbaycanlı idmançılar istənilən yarışda, o cümlədən Bakıda keçirilən Avropa Oyunlarında qələbə qazandıqca, hamımızı sevindirirlər, məğlub olanda isə biz də onların məyusluğunu paylaşırıq. Təki qələbələrimiz çox olsun.

Avropa Oyunları adı altında həyata keçirilən irimiqyaslı korrupsiya və bədxərcliyə görə hökuməti tənqid etməyimizin idmançılara və idman ictimaiyyətinə dəxli yoxdur. İdmançılar istənilən yarışda iqtidar və ya müxalifət partiyasını deyil, dövləti, milləti təmsil edirlər.

Ümid edirəm, idman ictimaiyyəti özü də bilir ki, ölkəmizdə irimiqyaslı korrupsiya, rüşvətxorluq olmasaydı, bacarıqsız idarəetmə və bədxərclik iqtisadiyyatımızı çökdürməsəydi, ölkədə bütün sahələrdə ədalətli rəqabət mühiti formalaşsaydı, idmanımız da daha yaxşı inkişaf edərdi.

Bir sıra idman növləri üzrə ölkənin milli komandasını əcnəbi idmançılar hesabına formalaşdırmaqdansa, ölkədə uşaq idmanına vaxtında qayğı göstərmək düzgün olmazdımı? Bizim haqsızlığa, monopoliyalara, zorakılığa, korrupsiyaya qarşı mübarizəmiz nəticə verəndə, hər kəsin, o cümlədən idman ictimaiyyətinin də həyatı yaxşıya doğru dəyişəcək.

COMMENTS