Top.Mail.Ru

Əli Kərimlinin kimliyi…

Əli Kərimlinin kimliyi…

Geosiyasi durumun sabit qalması mümkünsüzdür . Çünki , hər bir ölkənin bu günə və gələcəyə hesablanmış maraqları vardır . Bu yolda uğur qazanmaq üçün ölkələr müxtəlif iqtisadi , siyasi , hərbi bloklarda birləşirlər . Bununla yanaşı ölkə öz hədəflərinə varmaq üçün daxili sabitliyə önəm verir .

Belə ki , daxili sabitlik olmadan inkişaf qeyri mümkündür . Buna görədə istənilən bir ölkədə çöküş yaratmaq məqsədi ilə daxili qarşıdurmalar , vətəndaş itaətsizliyi yaradılır . Azərbaycanın coğrafi mövqeyi həmçinin təbii sərvətləri ölkəmizin dünya güclərinin diqqətində olmasına səbəb olmuş və hər zaman bu güclər Azərbaycana sahib çıxmaq üçün mübarizə aparmışlar . Biz dövlət və xalq olaraq nə istəyirik ? Bu gün müstəqil Azərbaycan dosta güvənc , düşmənə göz dağıdır . Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət öz bəhrəsini verəkdə davam edir . Çox təssüflər olsun ki , bu günkü inkişafımızı qəbul etmək istəməyən , Azərbaycana düşmən olan xarici qüvvələrə dəstək verən , onların əmr və tapşırıqlarını maliyyə və şirin vədlər qarşılığında canla – başla yerinə yetrin fərdlər və onların girovuna çevrilmiş qruplar vardır . Belə fərdlərdən biridə Əli Kərimlidir .

Əli Kərimlinin Azərbaycan siyasətində rolu : Hər kəs bilirki , Əli kərimli Azərbaycan siyasətinə xalq hərəkatından gəlmişdir . Onun xalq hərəkatının lideri təmənnasız Azərbaycan sevdalısı Əbülfəz Elçibəyə etdiyi xəyanətləri çoxları bilir və unutmayıblar . Bu xəyyanətlər üzərində çox dayanmaq istəmirəm . Bir misal göstərməklə bunu bağlayıram . Mərhum Elçibəy demişdir ki , Əli kərimlinin bir əli YAP iqtidarında , digər əli məndədir . Mən onun əlini buraxsam o , iki əlli iqtidardan yapışacaq . Azərbaycan siyasətinə xəyanəti gətirən və bu siyasətlə inkişaf edən Əli kərimli heç bir zaman dövləti və xalqı sevməmişdir . Çünki , belə insanlar vətən nədir bilməzlər . Bunların mayası xəyanətlə yoğurulub . Bu gün də əli kərimli dünən etdiyi xəyanətləri davam etdirir . Dünən Elçibəydisə , bu gün həmin dəsti xəttlə İsa Qəmbərə qarşı xəyanətkarlıq edir .

Kərimli bununla kifayətlənirmi ? Xeyir . Mümkündə deyil . Çünki , əli kərimli bu xəyanətləri tapşırıqla icra edir . Tapşırıqlar isə bitmir , tükənmir . Bu günlərdə əli kərimlinin qurbanına çevrilmiş bir növ ” əli aşiqi ” olmuş Rüfət Səfərov adlı keçmiş məhbusun bir yazısı çıxdı qarşıma . Rüfət Səfərov qeyd edir ki , ona məhbəsdə dedilər , əli kərimli Ramiz Mehdiyevin tapşırıqlarını icra edir və o mehdiyev tərəfindən yaradılmış müxalifət içərisindəki süni qəhrəmandır ! Hörmətli Rüfət Səfərov, bu yeni bir informasiya deyil . Əli kərimli təkcə mehdiyevin tapşırıqlarını icra etmir . Diqqətlə baxsan , hadisələri təhlil etsən görəcəksən ki, bu süni qəhrəman olan əli kərimli antiazərbaycan qüvvələrinin tapşırıq və əmrlərini icra edir . Sizin kimi qurbanlarıda məharətlə seçir və yaxud da onun üçün qurbanlıq hazırlayırlar . Rüfət Səfərov dərhal həmin yazısında əli kərimlinin qəzəbindən qorxaraq diqqəti kərimlinin təbiri ilə desək onun blokadasına yönəldir .

Rüfət Səfərov siz axı müstəntiq olmusuz . Müstəntiq hadisəyə , cinayətin yaranma səbəbindən baxmağa çalışır . Yəni hadisə nədən , niyə , hansı şəraitdə yaranıb , baş vermişdir . Hər hansı bir hadisənin , cinayətin üstünü açmaq üçün onun yaranma mənbəyini tapmaq əsas şərtlərdən biridir . Siz yəqin özünüzə sual verirsiniz . əli kərimli bu gün , hazırki  vəziyyətdə blokada söhbətini niyə ortaya atıb ? Nədən bu blokada indi yada düşüb ? Siz Rüfət Səfərov inanırsız ki, əli kırimli blokadadır ? Bəlkə Ramiz mehdiyev blokadaya alınıb ? Əli kərimlidə bunu hansısa gücə çatdırmaq istəyir və çatdırır ? Atanızı və sizi , sizin və atanızın dediklərinə görə Ramiz mehdiyev vurub . Belə olduğu halda siz kimə kömək edirsiz ? Bəlkə fikirləşəsiz ? Təbii ki , əli kərimli sevgisi gözünüzü tutmayıbsa !!!

Aydın Əliyev . AXCP nin keçmiş nəzarət təftiş komisiyasının sədri .

COMMENTS