Əlillərin Seçki Aktivliyinin Artırılması və Maarifləndirilməsi davam edir

“Ülfət” Əlillərin Sosial Problemlərinin Həllinə Yardım İctimai Birliyi Azərbayacan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2015-ci il Parlamaent seçkiləri-Əlillərin Seçki aktivliyinin artırılması və maarifləndirilməsi adlı layihəsinin ictimai müzakirəsi davam etdir.

“2015-ci il Parlamaent seçkiləri-Əlillərin Seçki aktivliyinin artırılması və maarifləndirilməsi”ictimai müzakirədə QHT və müxtəlif  idarə və müəssisələrin işçiləri, gənclər, ictimai fəallar iştirak edib. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Səbinə Kərimova layihə barədə tədbir iştirakçılarına məlumat verib.O,layihənin əlil secicilərin parlament seçkilərində daha da aktiv iştirakına təkan vereceyini qeyd edib.

Layihə əlil seçicilərin fəallığının artırılması, onların seçki prosesinə cəlb edilməsi, maarifləndirilməsindən bəhs edir. Bununla da əlillərin seçki hüququnun müdafiəsi və seçkilərin şəffalığına yardım edilməsi təmin ediləcəyini vurqulayıb. Əlillərə bu günki problemlərini də işıqlandıraraq, öz hüquqlarının tələb etməyə caqırıb.Sonra layihənin ekspertlər şurasının üzvü, hüquqşünas Sevda Əliyeva geniş məruzə ilə çıxış edib.

O, tədbir iştirakçılarına qəbul olunan qanunlar, seçki məcəlləsi, konstutusiyası, ölkəmizin BMT-nin qarşısında əlil hüquqlarına dair götürdüyü öhdəlikərdən geniş danışıb. Layihənin ekspertlər şurasının üzvü Yusif Kərimov iştirakçılara Milli məclisin yaranma tarixini və Seçki hüququ haqqında geniş məruzə edib. O bildirib ki, Seçkilər müasir demokratik cəmiyyətin əsas göstəricisidir.

Demokratiyanın bərqərar olmasının mühüm formasıdır. Xalq hakimiyyətinin təmin edilməsi seçkilər nəticəsində ortaya çıxır. Seçki sistemi dedikdə vətəndaşların seçkili dövlət orqanlarının seçillməsində iştirakını, habelə seçicilərlə seçkili dövlət orqanlarının üzvləri arasında əlaqələri müəyyən edən qaydalar başa düşülür. Əvvəllər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər qarışıq seçki sistemi əsasında həyata keçirilirdi.

Lakin Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında 2002 il avqustun 24 ümumxalq referendumunda qəbul edilmiş dəyişikliklər nəticəsində Milli Məclisə yalnız majoritar seçki sistemi əsasında seçkilərin keçirilməsi müəyyən edildi. Sonra layihənin ekspertlər şurasının üzvü, Azər Rəşidov çıxış etdi. O, Seçki hüququnun anlayışı,əhəmiyyəti və prinsiplərindən danışıb.

Hər bir müstəqil ölkədə hüquqi dövlət quruculuğunun formalaşması isə demokratik prinsiplərə əsaslanan seçki hüququ ilə təmin edilir. Ölkəmiz müstəqillik qazandıqdan sonra özünün dövlət institutlarının yaradılması ilə yanaşı, bu təsisatların seçki hüququ əsasında formalaşdırılması məqsədilə qanunvericilik bazasının işlənib hazırlanması prosesinə də başlanılmışdır.

Seçki hüququ vətəndaşların dövlət orqanlarının təşkilinə birbaşa təsirini ifadə edən, dövlət hakimiyyətini ¬legitimləşdirən, müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixdə qəbul olunmuş Konstitusiyası səviyyəsində təsbit edilmiş əsas hüquqlar sırasındadır deyə vurğulayıb. Daha sonra digər tədbir iştirakçıları çıxış ediblər. Çıxışçılar hər biri öz fikirlərini bölüşərək, tədbirin əhəmiyyətindən danışdılar.

COMMENTS