“Əlincə” FK çempionatda ilk qələbəsini qazandı

“Əlincə” FK çempionatda ilk qələbəsini qazandı

Bu gün AFFA-nın bayrağı altında Azərbaycan çempionatının U-11 liqasına start verildi.

İlk görüşdə”Əlincə” FK- “Xırdalan” FK arasınada maraqlı qarşılaşmanın şahidi olduq. Hakim fitindən sonra komandaların qarşılıqlı hücümları oyunun möhtəşəm keçəcəyindən xəbər verirdi. Birinci hissənin bitməsinə 10 dəqiqə qalmış “Əlincə” FK aparıcı üzüvlərindən olan Nihad Sadıqzadə uzaq məsafədən hesabı açdı. İlk hissəni 1-0 hesabi ilə fasiləyə yollanan “Əlincə” futbolçuları, ikinci hissəni demək olar kı, rəqibin bir-iki həmləsi ilə qarşılaşdılar. Hücümların kəsərini artıran “Xırdalan” futbolçuları qapılarından ikinci qolu gördü. “Əlincə” komandasının hücümçüsü Əli Musayevi əvəzləyən Məhəmməd Salayev komandasının ikinci qolunu vurdu. Ard-arda hümlar edən “Əlincə” komandası Murad Nağıyevin mükəmməl zərbəsindən sonra hesab fərqi artırdı. Komandanın baş məşqçisi İlkin Hacıyevın dediklərindən:

İlk öncə bütün futbol ictimayətiniAzərbaycan çempionatın 2019- 2020 mövsümün başlanması münasibəti ilə təbrik edirəm.Bu gün AFFA-nın bayrağı altında keçirilən Azərbaycan çempionatının U-11 liqasında iştirak edən “Əlincə” FK ilk oynunu keçirtdi və 3-0 qələbə ilə “Xırdalan” FK qalib gəldi. Özünüzdə gördünüz ki, olduqca maraqlı qarşılaşma oldu. Komandamış daha üstün oyun nümayiş etdirərək çempionatda ilk qələbəsini qazandı. Bütün rəqiblərə hörmətlə yanaşırıq və qələbə əzmi ilə növbəti oyunları gözləyirik.

Dosye.org informasiya agentliyi olaraq, “Əlincə” FK növbəti oyunlarda uğurlar arzulayırıq. İnanırıq ki, yeniyetmə futbolçular gələcəkdə Azərbaycan Milli komandasına ən real namizədlərdən olacaqlar.

DOSYE.ORG

COMMENTS