Top.Mail.Ru

“Əlincə” FK növbəti böyük hesablı qələbəsini qazandı

“Əlincə” FK növbəti böyük hesablı qələbəsini qazandı

AFFA-nın bayrağı altında Azərbaycan çempionatının U-11 liqasının ikinci turuna start verilib.

Dosye.org-ın məlumatına görə ilk oyunda qələbə qazanan “Əlincə” FK növbəti görüşü “Ələt” FK-na qarşı keçirib. İlkin Hacıyevin komandası bu dəfədə meydanı qələbə ilə tərk edib. Komandalar qarşılıqlı hücümlarla qapılar qarşısında təhlükəli vəziyyətlər yaradırdı. Lakin birinci hissənin ortalarında “Əlincə” komandasının məhsuldar futbolçucu Murad Nağıyev hesabı açdı. Qoldan sonra dahada ruhlanan “Əlincə” futbolçuları hücümların kəsərini artırdı.

İlk hissənin sonlarına yaxın “Əlincə” komandasının hücümçusu Əli Musayev ikinci topu rəqib komandanın qapısından keçirtməklə, hesab fərqi iki topa çatdırdı. İkinci hissədə meydana daxil olan Məhəmməd Salayev komandasının üçüncü qolunu vurdu. Bundan sonra meydanı tam nəzarətə götürən”Əlincə” futbolçuları dört top rəqib komandanın qapısından keçirtməklə böyük hesablı qələbəni təmin etdilər. “Əlincə” komandasının qapıcısı Fərid Bəhrəmovun inamlı çıxışını xüsusi qeyd etməliyik. Rəqib komandanın qapısından topu Murad Nağıyev(2) , Əli Musayev(2), Məhəmməd Salayev(2) keçirib.

22 Sentybr (bazar)

11: 40. “Əlincə”- “Ələt” – 6:1

Qollar: M. Nağıyev 2, Ə. Musayev 2, M. Salayev 2

COMMENTS