“Əlincə” futbol komandasının hücümçüsü Əli Musayevin doğum günüdür.
Bu barədə dosye.org-a kulubun baş məşqçisi İlkin Hacıyev məlumat verib. Onun dediyinə görə U-11 komandasının üzvü Ə. Musayev komandanın aparıcı üzüvlərindən biridir. Nizam-intizami ilə komandaya əlavə stimul verən Ə. Musayev, komandanın bütün üzüvləri tərəfindən təbrik edildi. “Əlincə” kulubunun baş məşqçisi İ. Hacıyev bizimlə söhbət zamanı vurğuladı ki, Ə. Musayev gələcəkdə Azərbaycan Milli komandasına ən real namizədlərdən biri hesab edilir. Onun gələcəkdə böyük kulubların şərəfini qoruyacağına inanan baş məşqçi, Ə. Musayevə öz xöş arzularını çatdırdı.
Növbəti həftə AFFA-nın bayrağı altında keçirilən futbol turnirinə hazırlaşan “Əlincə” futbol komandası öz dəsti-xətti ilə hələ çox uğurlara imza atacaq. Buda əlbətdə ki, komandanın baş məşqçisi İ. Hacıyevin başçılığı altında uğurlu seriyaların davamı kimi qeyd ediləcək. Dosye.org saytın kollektivi başda Ə. Musayevin valideyinləri olmaqla futbolçunun ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edir və ona gələcəkdə uğurlar arzulayır.
DOSYE.ORG
COMMENTS