Əliyev və Putinlə görüşən azərbaycanlı İŞİD-i bombalad

Suriyada İŞİD terrorçu qruplaşmasının mövqelərinə Xəzər dənizindən raket zərbələri endirən Rusiya gəmisinə ikinci dərəcəli kapitan, azərbaycanlı Vüsal Miriyev rəhbərlik edib.

ANS PRESS-in məlumatına görə, oktyabrın 7-də Xəzər donanmasının 4 raket gəmisi İŞİD terrorçularının 11 hədəfinə 26 qanadlı raket zərbəsi endirib.

Raket zərbələri endirən gəmilər arasında “Dağıstan” raket gəmisi də olub. Bu gəminin komandiri azərbaycanlı, ikinci dərəcəli kapitan Vüsal Miriyevdir.

O, 1978-ci il avqustun 27-də Azərbaycanın Səfikürd kəndində anadan olub. 1996-cı ildən Rusiya Silahlı Qüvvələrində xidmət edir. Vüsal Miriyev 2002-ci ildə Fyodr Fyodoroviç Uşakov adına Baltik hərbi-dəniz institutunu başa vurduqdan sonra Xəzər donanmasında xidmət etmək üçün göndərilir.

Vüsal Miriyev 2002-ci ildən 2005-ci ilədək Xəzər donanmasında raket gəmisində komandir köməkçisi kimi xidmət edir. 2005-ci ildən 2010-cu ilədək isə həmin gəminin komandiri olur. Miriyev 2010-cu ildə “Tatarıstan” gözətçi gəmisinin, daha sonra isə “Dağıstan” raket gəmisinin komandiri təyin edilib.

2013-cü il avqustun 13-də Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev “Dağıstan” raket gəmisinə baş çəkib. Dövlət başçılarına gəminin komandiri təqdim edilib. Komandirin azərbaycanlı Vüsal Miriyevin olması isə prezident İlham Əliyev üçün xoş təsir bağışlamışdı.

COMMENTS