Top.Mail.Ru

Əməkdar müəllim Ramiz Əmirovun doğum günüdür

Əməkdar müəllim Ramiz Əmirovun doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Əməkdar müəllimi, illərlə İmişli Rayon Təhsil Şöbəsinə rəhbərlik etmiş, dəyərli ziyalı Ramiz Cahangir oğlu Əmirovun doğum günüdür.

Ramiz müəllim Əmirovu ömrünün 66-cı ilində təbrik etməklə yanaşı, ona gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. İllərlə böyük bir rayonun gənc nəslinin formalaşmasında, yüksək təhsil almasında, bir sözlə, vətəninə, xalqına, dövlətinə bağlı mənəvi zəngin təfəkkürlü gəncliyin yetişdirilməsində R. Əmirovun böyük xidmətləri olmuşdur.

Bu səbəbdən onun rayon təhsilinə rəhbərliyi dövründə yetişdirdiyi tələbələr, dəstək olduğu gənclər Ramiz Əmirov şəxsiyyətinə böyük məhəbbət bəsləyir. Fürsətdən istifadə edərək, bir daha hörmətli ziyalımızı təbrik edir, uzun ömür, möhkəm can sağlığı arzulayırıq.

DOSYE.ORG

COMMENTS