İstanbulda özəl xəstəxanada əməliyyat masasında baş verən qiymət bazarlığı qalmaqala səbəb olub.
DOSYE.ORG xəbər verir ki, iddialara görə, angioqrafiyaya gedən xəstənin əməliyyatı zamanı stent qiymətləri üçün xəstədən 50 min lirə tələb edilib.
Əməliyyat otağına daxil olan xəstəxananın mühasibi bütün ödənişlərin nağd şəkildə alındığı və bunun aparılan əməliyyatlarla bağlı şikayətlərin qarşısını almaq üçün həyata keçirildiyini bildirib.
Əməliyyat masasında xəstə ilə qalmaqalın görüntüləri sosial mediada da yayılıb.
Sözügedən görüntüləri təqdim edirik.
COMMENTS