Top.Mail.Ru

Ərdoğan bu gün Rusiyaya gedir

Ərdoğan bu gün Rusiyaya gedir

Türkiyə Prezidenti Ərdoğan bu gün-avqustun 27-də Rusiyaya səfər edəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə  avqustun 26-da Prezident özü bir daha açıqlama verib.

Bildirib ki, Rusiya lideri Vladimir Putinlə görüşdə Suriyadakı mövcud vəzyyəti, İdlib ətrafındakı gərginliyi, ABŞ-la birgə razılaşdırılmış təhlükəsiz bölgə və digər məsələləri müzakirə edəcək.

Ərdoğan ABŞ-a da xəbərdarlıq edib: “Artıq ABŞ-la təhlükəsiz bölgə məsələsində demək olar ki, anlaşmışıq. Artıq helikopterlərimiz, PUA-larımız sərhədi keçib. Çox yaxında quru qoşunlarımız da hərəkətə keçəcək. Əgər onlar, yəni ABŞ  bizim başımızı yenə də müxtəlif oyunlarla qatarlarsa, o zaman özümüz Suriyada nə lazımdırsa, onu da edəcəyik. Öz planlarımızı tətbiq edəcəyik. Kimsənin buna şübhəsi olmasın”.

DOSYE.ORG

COMMENTS