Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa ərizəsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. Musavat.com xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.
Ərdoğan Davudoğlunun istefasını qəbul edib. Prezident ondan yeni hökumət formalaşanadək vəzifəsinin icrasını davam etdirməyi xahiş edib.
Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında nəqliyyat və kommunikasiya naziri Binali Yıldırım partiyanın yeni sədri seçilib. Türkiyənin 65-ci hökumətini də məhz Binali Yıdırım quracaq.
COMMENTS