Amerika Birləşmiş Ştatlarında səfərdə olan Rəcəb Tayyib Ərdoğan bu ölkənin prezidenti Barak Obama ilə görüşüb.
Nyu-Yorkda keçirilən BMT-nin İqlim Zirvəsində iştirak edən Ərdoğan ötən gün Obama ilə görüşüb.
Görüşdə Ərdoğan və Obama Suriya münaqişəsi də daxil olmaqla bölgədəki bir sıra məsələləri müzakirə ediblər.
Ərdoğanın həmçinin Nyu-Yorkda ABŞ-ın vitse prezidenti Co Baydenlə görüşəcəyi bildirilir. Bu görüşdə əsasən Suriya münaqişəsinin müzakirə ediləcəyi deyilir.
Qeyd edək ki, ötən gün Ərdoğan açıqlama vermişdi ki, Türkiyə İŞİD-ə qarşı hərbi əməliyyatlarda ABŞ və koalisiya ölkələrinə hərbi dəstək verməyə hazırdır (ans).
COMMENTS