Seçkilərə 14 gün qala Türkiyə gündəmində partiyaların mitingləri və debatlar diqqətləri cəlb edir.
Ancaq bu zaman periodunda Türkiyə prezidentinin ani qərarı ilə İraqın Qandil ərazisinə hərbi əməliyyat təşkil edildi.Beləliklə Türk ordusu,30 km irəliləyərək 8 rayonu terroristlərdən təmizlədi. Bəs bu əməliyyat Türkiyə və hakim partiya üçün nə gətirəcək? Bu yazımda sizlərə tam şəkildə prosesi izah etməyə çalışacam.
Ədələt və İnkişaf Partiyasının səs qazanması halı
Türkiyənin hakim partiya dövründə regional gücünün artması və dövlət daxili çəkişmələri yox etməsinin ardından sərhəd xarici əməliyyatların keçirilməsidir.Məhz bunlara Fərat Qalxanı hərakatı, Zeytun Budağı əməliyyatı və son olaraqsa Qandil əməliyyatı partiyanın xalq gözündə prestejini artırmaqdadır. Məhz bu əməliyyatlar xalqın bütün qruplarına xitap etməkdədir.
Fikrimcə, hakim partiya bu planları ilə seçki qabağı xalqın böyük hissəsinin səsini toplamaq istəyir çünki, şərq regionlarında Xalqların Partiyasının prestejini zəyiflətmək və openent alyansı zəyiflətmək üçün bu addım seçilmişdir.Hər kəsin bildiyi kimi, Xalqların Partiyası PKK ilə daha çox yaxınlığı olunan partiya olaraq bilinməkdədir.
Dövlət daxili operativ və güclü addımı atan tərəf hakim partiyadır fikri
Biz bu halı Ədələt və İnkişaf Partiyasının hakimiyyətə gəldiyi andan etibarən izləyə bilərik ki, hakim partiya iqtisadi,siyasi, hərbi və s sahələrdə ciddi dərəcədə inkişafa getmişdir.Bu, çox operativ və sürətli şəkildə həyata keçirilmişdir.Beləliklə, digər partiyaları xalqın gözündə sadəcə bürokratik aparatı zəbt edən güclər kimi xalqa hakim partiya təqdim etmişdir.Məhz bu hərakatın anidən həyata keçilməsi və gözlərin Mümbiçdə olması xalq tərəfdə böyük şok efektinə sahib olmaqla yanaşı openent koalisyada isə durğunluq yaratdı.Bunları biz openent mitinglərində azalan iştirakçı sayında görə bilərik ki, bu yarışda Yaxşı Partiya və Səadət Partiyası ciddi dərəcədə auditoriya itirdi.
Fikrimcə, bu xalqın gözündə hakim partiyanın operativ çalışmasını və məhz xalqa yalnız hakim partiyanın xitab etməsi mesaji verildi.
Qandil əməliyyatı bilərəkdənmi gecikdirildi?
Biz son 2 il ərzində Türkiyənin daha çox Suriya konfliktinə yönəlməsini görə bilərik ki, burdan gələ biləcək təhlükənin qarşısının əngəllənməsi üçün addımlar atılmışdır.Hər səfərində hərəkatlar Suriyə istiqamətində addımlayırdı.Məhz bu addımlar Türkiyə və Türkiyə ordusunu daha da gücləndirdi.Ancaq buna baxmayaraq İraq tərəfdən böyük təhlükə vardı.Məhz yüksəkliklərə sahib olan PKK bu mövqeylərdən Türkiyə yaşayış yerlərini və hərbi birlikləri hədəf alırdı.
Fikrimcə, seçki ərəfəsində daha çox xalqa xitap etmək və openent koalisyanı zəyiflətmək üçün Ərdoğan bu əməliyyatı seçdi.Seçməkdə əsas məqsədi isə bu coğrafiyanın kiçik və Qandilin Afrinə nəzərən daha tez ələ keçirilmə avantajıdır.Türk ordusu 14 gün ərzində məhz bu ərazini təmizləməlidir.Bu şüphəsiz ki, qeyri-mümkün hal deyl çünki Türk ordusu Afrin ərazisində PKK və YPG-ə böyük zərbə vurmuşdur.Məhz Qandil əməliyyatı bu kiçik zaman müddətində seçilən ən avantajlı yoldur ki, bu əməliyyat hakim partiyaya daha çox səs gətirəcəkdir.
Yadigar Nağıyev
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti
COMMENTS