Türkiyə prezidenti İŞİD-ə dəstək verməsi barədə ittihamlara cavab verib. Rəcəb Tayyib Ərdoğan bu ittihamı səsləndirənləri namərd və alçaq adlandırıb.
Dosye.org Axar.az-a istinadən xəbər verir ki, dövlət başçısı iftar süfrəsində iştirak edərkən sərt çıxış edib.
Ərdoğan MHP lideri Dövlət Baxçalını da tənqid edib:
“Bəzi siyasətçilər məni ittiham edirlər ki, Kobanidə olanlarla məşğulam, uyğur türklərini unutmuşam. O zada söyləyirəm – sən heç uyğur türklərinin yaşadığı yerə həyatında bir dəfə getmisənmi? Amma Tayyib Ərdoğan gedib”.
COMMENTS