Türkiyənin yenicə seçilmiş 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı qismində ilk xarici səfərinin tarxini rəsmən élan oluunub.
Ərdoğan prezident İlham Əliyevin dəvəti ilə 2-3 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.
Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası bəyan edib.
Rəsmi məlumata görə, prezidentlərin görüşü zamanı Azərbaycan-Türkiyə arasındakı münasibətlərin müxtəlif aspektləri, iki ölkə arasındakı əməkdaşlıq, həmçinin Türkiyə ilə Azərbaycanın müştərək mənfəətlərini əks etdirən beynəlxalq və regional hadisələrin müzakirəsi gözlənilir.
Bundan başqa, bildirilir ki, Ərdoğanın səfəri hər iki ölkənin ortaq mənfəətlərinin inkişafı baxımından böyük bir fürsət olacaq.
COMMENTS