Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ukrayna Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının dördüncü toplantısı çərçivəsində Kiyevə rəsmi səfərə gedəcək.
Axar.az xəbər Türkiyə prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, səfər martın 20-də baş tutacaq.
Hər iki ölkə nazirlərinin də iştirakı ilə keçiriləcək toplantıda gündəm, ikili və regional məsələlər müzakirə olunacaq.
Ərdoğan səfər çərçivəsində Ukrayna Prezidenti Pyotr Poroşenko və baş nazir Arseni Yatsenyukla görüşəcək.
Türkiyə prezidentinin Krım tatarlarının Kiyevdə fəaliyyət göstərən nümayəndələri ilə də görüşü gözlənilir.
COMMENTS