Top.Mail.Ru

Ərdoğandan Ermənistana qarşı sərt açıqlama: “Əsla tərəddüd etməyəcəyik…”

Ərdoğandan Ermənistana qarşı sərt açıqlama: “Əsla tərəddüd etməyəcəyik…”

“Bildiyiniz kimi, Ermənistanla Azərbaycan arasında davam edən bir problem var. Bu mövzuyla bağlı bir neçə kəlmə demədən sözümü bitirə bilmərəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasından sonra deyib.

Türkiyə lideri sözünə belə davam edib: “Əcdadlarımızın əsrlər boyu Qafqazlarda yerinə yetirdiyi vəzifəni biz də davam etdirəcəyik. Ermənistanın Azərbaycana hücumlarını şiddətlə qınadığımızı bildirmək istəyirəm. Vətənin müdafiəsində həlak olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm.

Bu son hücum Dağlıq Qarabağda yox, iki dövlətin sərhədində ağır silahlarla edilib. Bu, həqiqətən Azərbaycana qarşı şüurlu bir hərəkət olduğunu göstərir. Heç şübhəsiz, bu, Ermənistanın çapını aşan bir hadisədir.

Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələri olan Azərbaycanın haqqına, hüququna, torpaqlarına yönəlik hər cür hücumun qarşısında dayanmağa əsla tərəddüd etməyəcək”.

DOSYE.ORG

COMMENTS