Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı mərhum prezident Heydər Əliyevin adını daşıyan Anadolu Məslək və Anadolu Texnik Liseyinin toplu açılış mərasimində çıxış edir.
Qeyd edək ki, hər iki dövlət liderlərinin iştirakı ilə Qarsda TANAP-ın ilk təməlqoyma mərasimi baş tutacaq.
***
Onu da əlavə edək ki, açılış mərasiminə Gürcüstan prezidenti Georgi Marqvelaşvili də qatılıb.
***
Qarsda türk liseylərinin açılışında çıxış edən prezident Ərdoğan isə çıxışından öncə protokol xətasına yol verildiyini bildirib. Türkiyə prezidenti azərbaycanlı həmkarının çıxışından əvvəl dövlət himninin səslənməməsini nəzərə alaraq, çıxışına fasilə verib və hər kəsi Azərbaycan himnini dinləməyə çağırıb.
COMMENTS