Ərdoğanın Dəniz Baykal ilə görüşü başladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün CHP-nin sabiq lideri Antalyadan millət vəkili seçilən Dəniz Baykal ilə görüşüb.

Avropa.info xəbər verir ki, seçki nəticələrinin açıqlanmasından sonra ortaya çıxan koalisiya variantı partiyaları aktiv siyasi fəaliyyətə məcbur edib.

Dünən baş nazir Əhməd Davudoğlu ilə görüşən və qanunlara uyğun olaraq istefasını qəbul edən prezident Ərdoğan bu gün də CHP tanınmı simalardan birinə dəvətnamə göndərib.

CHP-nin sabiq sədri və Antalyadan millət vəkili seçilən Dəniz Baykal prezident Ərdoğanın dəvəti ilə bu xarici işlər nazirinin iqamətgahına gəlib.

Görüş zamanı Ərdoğanın Baykal ilə parlamentin yeni dövründə ən yaşlı üzv qismində sədrlik etməsi məsələsini və parlamentin açılış tədbirini müzakirə edəcək.

COMMENTS