Top.Mail.Ru

Ərdoğanın “qırmızı xətti”  

Ərdoğanın “qırmızı xətti”  

Türkiyə prezidenti Erdoğan oktyabrın 27-də Rusiyalı həmkarı Vladimir Putinə zəng edərək, Ankaranın “qırmızı xəttini” xatırladıb.

Adətən, qırmızı xətt dedikdə, başa düşmək lazımdır ki, onu keçmək olmaz, bu, mütənasib cavaba səbəb ola bilər. O, bu cavabı əsaslandırmaq üçün Putinə Qarabağ müharibəsi üçün Ermənistanın Azərbaycana göndərdiyi qadağan olunmuş Kürd Fəhlə Partiyasının (PKK) 2 min terrorçusu barədə məlumat verib.

“Kəşfiyyat xidmətlərinin təsdiq edilmiş məlumatlarına görə, işğal edilmiş Qarabağda Ermənistan tərəfdə 2 min PKK terrorçusu döyüşür. Onlara adambaşı 600 dollar ödənilir və onlar Şuşada yerləşdirilib”, deyə Erdoğan Putinə bildirib.

Bu iki mesaj bir-birindən 2 min km-dən çox məsafədə olan, Cənubi Qafqazda qaynar nöqtədənin üstündən  keçən məhvi rabitə səbəkəsinin birləşdirdiyi həmsöhbətlərin fikir mübadiləsində çox mühüm faktlardır.

Qeyd etmək lazımdır ki, prezidentlərin bu söhbəti haqqında Moskvadan və Ankaradan verilən məlumatlar bir-birindən fərqlənir – Moskvanın qırmızı xəttə işarə olmayan, amma Suriyalı terrorçularla bağlı iradlar yer alan məlumatı diplomatikliyi ilə seçilir, Ankaranın təcili diplomatik məlumatında isə açıq mətn verilib. Erdoğan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasında keçirilən iclasda söhbətin mahiyyətini açıqlayaraq, Putin üçün vəziyyətdən çıxış üçün keçid qoyub: “Prezident Putin etiraf edib ki, ona açıqlanan faktlardan xəbəri yox idi”, deyə Erdoğan qeyd edib.

Qırmızı xətt. Son hadisələr və Yerevan, Moskva və Bakıdan daxil olan məlumatlar belə bir fikir yaradır ki, qırmızı xətt dedikdə Azərbaycan və Ermənistan arasındakı sərhədi və xüsusən sərhədin Ermənistan və Azərbaycan arasındakı alçaqlıqda Azərbaycan ordusunun irəliləyərək, 27 il əvvəl işğal edilmiş rayonları – Cəbrayıl, Zəngilan, Qubadlı və Laçını qarış-qarış azad etdiyi hissəsini başa düşmək lazımdır.

1992-1993-cü illərdə olduğu kimi (həmin vaxt uğurla) ermənilər iki tərəfdən – Ermənistan ərazisindən əsas qüvvələrlə və Dağlıq Qarabağ ərazisindən köməkçi qüvvələrlə Azərbaycan qoşunlarına hücum edə bilərlər. Aşağıdakı faktlar bunu göstərir. Dünən bütün qoşun növləri cəlb edilməklə, Ermənistan Silahlı Qüvvələrinin böyük bir dəstəsi sərhəddə toplaşmağa başlayıb. Həmçinin, burada Rusiya sərhədçiləri də peyda olub, buraya nümayişkaranə şəkildə Rusiyanın mütləqiyyəti dövründə belə burada görünməyən üçrəngli Rusiya bayrağını sancıblar. Ermənistanın rəsmi dairələri Azərbaycan tərəfdən Ermənistanın sərhəddəki postlarına atəş açıldığı, Dağlıq Qarabağda ermənilərin soyqırımı təhdidi haqqında bəyanatlar səsləndirməyə başlayıblar.

Və nəhayət, Ermənistanın baş naziri Paşinyan hərbi sirri pozaraq, oktyabrın 27-də Ermənistan ordusunun ən qısa zamanda Azərbaycan tərəfindən azad edilmiş torpaqları hər santimetrinə qədər qaytaracağı barədə gurultulu bəyanat verib.

“Arsax xalqı, erməni xalqı, bütün ermənilər hər bir ağac, hər bir daş, hər bir santimetr və hər bir millimetr uğrunda amansız mübarizə aparacaq və düşmənə lazımi vaxtda endirilən dəqiq əks zərbə məhvedici məğlubiyyət effektinə malik olacaq”, deyə Ermənistan baş naziri bildirib.

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan ordusu Cəbrayıl, Zəngilan, Qubadlı və qismən Laçın rayonlarını azad edib.

Terror əsası. Ermənistan-Fransa-Rusiya təbliğatı fəal şəkildə Qarabağda Azərbaycan tərəfdə döyüşən Suriyalı terrorçular haqqında məlumat yayırdı. Bu məlumatlara Paşinyan, Fransa prezidenti Makron və RF xarici kəşfiyyat idarəsinin rəhbəri Narışkin ton verib.

Konstantin Zatulin, Vitali Tretyakov, Petr Tolstoy və digərlərinin şəxsində Kreml təbliğatçıları fəal şəkildə Bakının razılığı olmadan Azərbaycan ərazisinə sülhməramlı Rusiya qoşunlarının yeridilməsi üçün informasiya zəmini yaradırdılar. Bunu Rusiyaya qarşı terror təhlükəsinin mövcudluğu və ermənilərin müdafiəsi ilə əsaslandırırdılar. Əslində bu, 27 illik fasilədən sonra yenidən Azərbaycana ermənilərin maraqlarına uyğun şərtlər diktə etmək üçün rus qoşunlarının Azərbaycana yeridilməsi demək idi.

Rusiyanın Gümridəki hərbi bazasının, – məhdud sərhəd kontingenti istisna olmaqla, orada başqa qoşun yoxdur, – Ermənistan ərazisindən Qarabağa girməsi ilə bağlı əsaslandırmanın bu hissəsi Erdoğanın Rusiyanın da terror təşkilatı kimi tanıdığı PKK-nın 2 min terrorçusu haqqında arqumenti ilə rəf edilib. Yəni Erdoğan qətiyyətlə ifadə edib ki, Rusiya terrorizmə qarşı mübarizə bəhanəsi ilə istənilən şəkildə Azərbaycan ərazisinə daxil olarsa, Türkiyə eyni mütənasib əsaslarla döyüşə daxil olacaq.

Oktyabrın 26-da prezident Əliyev xalqa müraciətində bildirib ki, Türkiyə F-16-ları Azərbaycandadır, amma onlar hələ havaya qalxmayıb və xarici aqressiya olarsa, onlardan istifadə olunacaq. Bu sözlərin arxasında türk ordusunun gücünü göstərən kinayəli qeydi sezmək olar.

Əliyevin hansı hazırlanan aqressiya haqqında məlumatlandırıldığını baş nazir Paşinyanın sözlərindən anlamaq olar. Əliyev erməni liderinin santimetrlər haqqında sözlərini xatırladaraq, Ermənistanın artıq bir santimetr belə işğal edə bilməyəcəyini bildirib.

Qəliz İran. Ermənistanın Azərbaycana hazırlanan hücumunun daha bir dolayı dəlili kimi İran tərəfinin hərəkətlənməsini göstərmək olar: İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Azərbaycanla sərhəddə təlimlərə başlaması, Azərbaycanla həmsərhəd ərazidə Ermənistan-Azərbaycan hərbi əməliyyatlarının olacağı təqdirdə burada təhlükəsizlik zonasının yaradılması haqqında bəyanat və nəhayət, İranın xarici işlər nazirinin müavini Abbas Arakçinin Tehranın hansısa sülh planı ilə sülhyaratma səfəri. Yaxın tariximiz bizə öyrədir ki, bu cür vasitəçilik səyləri acınacaqlı başa çatıb. 1992-ci ilin fevralında xarici işlər naziri Vilayəti belə bir niyyətlə gəlib və dərhal sonra Xocalı soyqırımı başlayıb. Elə həmin il mayın 8-də Tehranda Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalanır və dərhal sonra Şuşa və ardınca Laçın işğal edilir.

Arakçi da regiona Paşinyanın santimetrlərdən bəhs etdiyi anda gəlib, amma Erdoğan ermənilərin hazırladığı hücumun altından qırmızı xətt çəkərkən o, yolda idi.

DOSYE.ORG

COMMENTS