Türkiyədə yeni tikilmiş və 1000 otağı olan təzə prezident sarayının xərcləri 615 milyon dollara çataraq ilkin smeta dəyərini ikiqat üstələyib.
Prezident Recep Tayyip Erdoğana xidmət göstərən idarələrin yerləşdiyi Ağ Saray paytaxt Ankaranın kənarında, meşəli təpəlikdə yerləşir.
Saray kompleksinin ümumi sahəsi 150,000 kvadrat metrə yaxındır.
Recep Tayyip Erdoğan prezident seçildikdən sonra avqustun 30-da keçirilmiş sarayın rəsmi açılış mərasimində iştirak edib.
Ankaradakı prezident sarayı sahəsinə görə Vaşinqtondakı Ağ Evi, Moskvadakı Kremli, Parisdəki Versal sarayını üstələyir.
Prezident Ərdoğan avqustun 30-da sarayın açılışında iştirak edib.
Türkiyənin Hurriyət qəzetinin yazdığına görə, Maliyyə naziri Mehmet Şimşək sarayın tikintisinin 1.37 milyard türk lirəsinə ($615m) başa gəldiyini bildirirb.
Onun təbirincə, bu xərçin böyük hissəsi artıq ödənib, qalan 135 milyon dollar isə 2015-ci ilin büdcə xərclərində nəzərdə tutulacaq.
Maliyyə naziri “Airbus A330-200” markalı prezident təyyarəsinə daha 185 milyon dollar xərclənəcəyini də qeyd edib.
Sarayın tikintisində mərmər kimi bahalı tikinti materiallarından geninə-boluna istifadə olunub.
Bundan əlavə kommunikasiya xətləri quraşdırılarkən elektron kəşfiyyat müdaxilələrindən qorunmaq üçün ən müasir və bahalı yüksək texnologiyalardan istifadə olunub.
Rəsmilərin sözlərinə görə sarayın tikintisində ən müasir texnologiyalardan istifadə olunub.
Ətraf mühit müdafiəçiləri Rəcəb Tayyib Ərdoğanı bədxərclikdə və yaşıllığa ziyan vurmaqda ittiham edir.
Hurriyet qəzeti saray layihəsinin ziddiyyətli olduğunu qeyd edərək tikintinin gedişində ərazidə yüzlərlə ağacın kəsildiyinə diqqəti çəkib.
Ankaradaakı Ak Saray sahəsinə görə Moskvadakı Kremli və Vaşinqtondakı Buckingham sarayı kimi dövlət binalarını üstələyir.
Prezidentin köməkçisi Fəhri Kasırğanın sözlərinə görə, qalan prezident obyektlərinin 2015-ci ildə təzələnəcəyi nəzərdə tutulub. İndiyədək Türkiyə prezidentləri üçün iqamətgah olmuş Ankaranın Cankaya Sarayında isə bundan sonra Baş nazirin apparatı yerləşəcək. (BBC azeri)
COMMENTS