Qeyri-döyüş şəraitində ölmüş hərbçilərin valideynləri övladlarının ölümünün səbəblərinin araşdırılmamasına etiraz ediblər
Ermənistanda əsgər anaları növbəti dəfə İrəvanda prezident Serj Sarkisyanın iqamətgahı qarşısında aksiya keçiriblər.
ANS PRESS-in məlumatına görə, bu dəfə qeyri-döyüş şəraitində ölmüş hərbçilərin valideynləri ilə polislə toqquşma olub.
Onlara sakinlər də dəstək olublar. Valideynlər bu dəfə də övladlarının ölümünün səbəblərinin araşdırılmamasına etiraz ediblər. Aksiya zamanı polis və iqamətgahın mühafizəçiləri etirazçıları Sarkisyanın ofisinin qarşısından uzaqlaşdırmağa çalışıblar. Tərəflər arasında insident yaşanıb.
Bununla belə polis aksiyanı dağıda bilib.
Dəfələrlə baş tutan oxşar aksiyalarda valideynlər övladlarının ölümünün səbəblərinin araşdırılmamasına etiraz ediblər.
COMMENTS