Əsgərimizin meyiti Ermənistan tərəfdə tapıldı – Hərbi cinayət törədib, qaçıbmış…

Azərbaycanlı hərbçinin meyiti Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında tapılıb.

Dosye.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

COMMENTS