“…Əsl futbol gecəsi olacaq” – “Tvente”nin kapitanı

“…Əsl futbol gecəsi olacaq” – “Tvente”nin kapitanı

“Tvente”nin kapitanı Andreas Byelland Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab matçı öncəsi fikirlərini bildirib.

 

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, danimarkalı futbolçu Avroliqada mübarizəni davam etdirmək istədiklərini deyib:

“Bu, həlledici matç olduğu üçün qalib gəlməliyik. Azarkeşlərimizin dəstəyi ilə qrupa mərhələsinə vəsiqə qazanmaq istəyirik. Bu mərhələdə oynamaq üçün ötən mövsüm çox çalışmışıq. Avroliqada mübarizə aparmaq böyük təcrübədir. Belə səviyyəli yarışlarda daha çox oynamaq istəyirik. İnanıram ki, azarkeşlərin sayəsində stadionda əls Avropa gecəsi mühiti yaşanacaq”.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” matçı avqustun 28-də, Enshede şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

COMMENTS