Əvvəlki illərin məzunları üçün növbəti imtahanlar iyulun 2-də olacaq.
Bu barədə virtualaz.org saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) veriblər.
Xəbərdə deyilir ki, ali təhsil müəssisələrinin V ixtisas qrupuna, eləcə də 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı olacaq. İmtahanda iştirak etmək üçün 16150 abituriyent müraciət edib.
Əvvəlki dərs illərində təhsil almış 1142 IX sinif şagirdinin, 3510 isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.
9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunlarının sayı isə 12941 olacaq.
İmtahanlar 14 şəhər və rayonunda – Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 64 imtahan mərkəzində təşkil olunacaq.
İmtahanların idarə olunması üçün 314 imtahan rəhbəri, 2742 nəzarətçi-müəllim ayrılıb.
COMMENTS