Top.Mail.Ru

Əzim Məsimov: “Bakıda yeni binaların bir hissəsində zəlzələyə dözümlülük aşağıdır”

Əzim Məsimov: “Bakıda yeni binaların bir hissəsində zəlzələyə dözümlülük aşağıdır”

“430 bina təhvil götürülməyib, çünki onların hər birində texniki səhvlərə yol verilib”

Sentyabrın 27-də İstanbulda 5,9 bal  gücündə baş verən  zəlzələ kütləvi dağıntılara səbəb olmasa da, əksər binalarda çatların yaranmasına və bir məscidin minarəsinin dağılmasına səbəb oldu.  Bu hadisə bizi də bir daha ölkəmizdə tikililərin zəlzələyə davamlılığı məsələsini gündəmə gətirməyə vadar etdi.  Məlum məsələdir ki, heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. 2000-ci illərdə ölkəmizdə baş verən güclü zəlzələ də göstərdi ki, Azərbaycan seysmoloji zonada yerləşir və hər an bu cür arzuolunmaz hadisələr baş verə bilər. Bəs, Bakıda tikilən çoxmənzilli binalar zəlzələdən nə dərəcədə sığortalanıb? Paytaxtdakı həm Sovet dövründən qalma , həm də son illərdə inşa edilən binalar neçə bal zəlzələyə davamlıdır?

Məlumat üçün qeyd edək ki, sovet dövründə tikilən binalar 8 bala hesablanırdı. Hazırki tələblərə görə isə, tikililər 9 bala hesablanmalıdır. Yeni çoxmərtəbəli binalar ekspertizadan keçəndə o tələblə yoxlama aparılır ki, tikinti layihəsi 9 ballıq zəlzələyə davamlı olmalıdır. Azərbaycanda tikinti qanunvericiliyində də belə bir tələb var ki, Bakı şəhərində yeni tikilən binalar 9 bala davamlı olmalıdır. Təbii ki, bu dözümlülük laboratoriyalarda analizlər aparılaraq təsdiqlənməlidir. Bu cür yoxlamaların mütəmadi aparılıb-aparılmaması ilə bağlı da mətbuatda dəqiq məlumat yoxdur.  Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi buna nəzarət edir və tikinti prosesinin hər bir mərhələsində yoxlamalar aparır, akt tərtib edir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Sovet dövründə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov bildirdi ki,  ttp://istiqlal.az/news/53812.htmlyeni tikililərin bir hissəsində zəlzələyə dözümlülük çox aşağıdır: “Sovet dövründə binaların zəlzələyə dözümlülüyü üçün norma 7 bal idi, sonra 8 bala keçdilər. Ancaq indi elə yerlər də var ki, orada zəlzələyə davamlılıq üçün 9 bal götürülür. Öncə binanın tikiləcəyi yerin seysmikliyini müəyyənləşdirirlər, ona uyğun layihə hazırlanır.  Sovet hökumətinin son illərində tikilən binaların hamısı panel evlər idi, çox möhkəm binalardır. Hətta nəzərdə tutulandan da 2 bal artıq zəlzələyə dözməyə qadirdirlər. Çünki o binaların tikintisindəki bütün elementlər güc daşıya bilir, zəlzələ olduqda bütün bu elementlər binanı qoruyur. Ancaq müasir dövrdə tikilən binalarda belə deyil, armaturların arası kərpiclə doldurulur və onların heç biri güc daşıyıcısı deyil.  Zəlzələ olanda həmin daşlar insanların üstünə yıxıla bilər. Yəqin ki, bu təhlükənin qarşısını almaq üçün də müəyyən işlər görüblər. Ancaq vaxtilə bu prosesdə xaosa yol verildiyi üçün bir çox binalara inam azdır. Məsələn, 430 bina təhvil götürülməyib, çünki onların hər birində texniki səhvlərə yol verilib. Bəzilərində mərtəbələrin sayını artırıblar, bünövrəsi qoyularkən müəyyən çatışmazlıqlar olub. Həmçinin istifadə edilən armaturlar, betonlama prosesi də ardıcıl olaraq laboratoriyada  yoxlanmalıdır ki, binalar layihəyə uyğun tikilsin. Bu binaların bir çoxu texniki səhvlər ucbatından təhvil verilə bilmirdi”.

Ramil Osmanlı: ile ilgili görsel sonucu

Ramil Osmanlı: “Paytaxtda son illərdə tikilən çoxmənzilli binaların 9-10 bala olmasa  da, 5-6 ballıq zəlzələyə dözümlülük imkanları yüksək qiymətləndirilir”

Mənzil-tikinti sahəsi üzrə ekspert Ramil Osmanlı isə “Yeni Müsavat”a açıqlamasında tikilən binaların göstəricilərinin normal olduğunu, ancaq müəyyən istisnaların da qeydə alındığını vurğuladı: “Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq deyə bilərəm ki, son illərdə  ölkəmizdə inşa olunan çoxmənzilli binaların bir hissəsi istisna olmaqla  demək olar ki, əksəriyyətində keyfiyyət problemi yoxdur. Binalar həm dayanıqlı, həm konstruktiv elementlərlə zəngin və kifayət qədər normaları gözlənilməklə inşa olunurlar. Bu mənada hesab etmirəm ki, Bakıdakı binaların zəlzələyə davamlılıqla bağlı problemləri var. Digər tərəfdən təbii fəlakətlər zamanı əsas məsələ o zəlzələnin dağıdıcı gücüdür. Zəlzələnin seysmik göstəriciləri elə ola bilər ki, həmin ərazidə bir tikili də qalmaz. Bu mənada hesab edirəm ki, paytaxtda son illərdə tikilən çoxmənzilli binalar 9-10 bala olmasa  da, 5-6 ballıq zəlzələyə dözümlülük imkanları yüksək qiymətləndirilir. Bakı elə bir ərazidə yerləşir ki, paytaxtın altının çox hissəsi qayalıqlardır. Həmin ərazilər zəlzələ zamanı təhlükəlidir”.

DOSYE.ORG

COMMENTS