Əfqanıstanda İŞİD-lə döyüşdə 25 hərbçi ölüb

Əfqanıstanın şərqində Nanqahar əyalətində İraq-Şam İslam  Dövləti (İŞİD) terror qruplaşması ilə toqquşmada ən azı 25 hərbçi öldürülüb.

Modern. az xarici mediaya istinadən bildirir ki, onlarla İŞİD yaraqlısının da məhv edildiyi barədə məlumat yayılıb.

Əfqanıstanın hərbi komandanlığının məlumatına görə, Nanqaharda  İŞİD terrorçuları ilə döyüşlər ötən həftə boyu da davam edib.

COMMENTS