“Əfqanıstanın xarici işlər naziri Türkiyəyə səfər edəcək” – KİV

“Əfqanıstanın xarici işlər naziri Türkiyəyə səfər edəcək” – KİV

“Taliban” Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 14-də Türkiyəyə rəsmi səfər edəcək.

Dosye.org TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvət əsasında baş tutacaq.

Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, humanitar yardım, iqtisadi-ticari əlaqələr və s. məsələlərin müzakirə olunacağı vurğulanıb.

Qeyd edək ki, bu, “Taliban”ın Əfqanıstandakı ikinci hakimiyyəti dövründə Türkiyəyə ilk rəsmi səfərdir.

DOSYE.ORG

COMMENTS