Əfv Məsələləri Komissiyası yenidən toplaşıb

Əfv Məsələləri Komissiyası yenidən toplaşıb

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti dəfə toplaşıb.

Komissiyanın sonuncu iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 800-ə yaxın müraciətə baxıb.

Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Dosye.org

COMMENTS